Xəbərlər, Təbriklər

ƏSABİL QASIMOV – 70

Noyabr ayının 8-də Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Milli Məclisin keçmiş deputatı, vətənpərvər ictimai-siyasi xadim, xeyirxah iş adamı Əsabil Qasımovun 70 yaşı tamam olur. Bu münasibətlə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri yubilyara təbrik ünvanlayıblar. Təbrikdə deyilir:

Hörmətli Əsabil müəllim!

Sizi – nəcib və xeyirxah əməlləri ilə ucalan dəyərli şəxsiyyəti, vətənpərvər ictimai-siyasi xadimi və alicənab iş adamını 70 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, ailə səadəti, uzun ömür və gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq!

Fədakar əməyiniz, geniş dünyagörüşünə və yüksək mənəvi keyfiyyətlərə əsaslanan həyat yolunuz Azərbaycanın inkişafı və xalqımızın rifahı naminə göstərilən səmərəli xidmətlərinizlə zəngindir. Siz öz prinsipial mövqeyiniz, dövlətçiliyimizə sədaqətiniz, xeyirxah əməlləriniz və vətəndaşlıq ləyaqətinizlə hər zaman xalqımız arasında böyük hörmət və rəğbət qazanmısınız.

Parlament fəaliyyəti dövründə iqtisadiyyatın, sənayenin və sahibkarlığın inkişafına dair mühüm qanunların hazırlanmasında və qəbul edilməsində fəal iştirakınız, Milli Məclisin işinə verdiyiniz dəyərli töhfələr, eləcə də iqtisadi əlaqələrin möhkəmlənməsi istiqamətində gördüyünüz işlər dövlətçiliyimizə sədaqətinizin bariz nümunəsidir.

Siz Ulu Öndər Heydər Əliyevin ideyalarına daim sadiq qalaraq, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti ardıcıl şəkildə dəstəkləmisiniz. Bu gün də Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü kimi təşkilatın fəaliyyətinə, milli-mənəvi dəyərlərimizin təbliği və qorunması işinə, gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsinə böyük töhfə verməkdə davam edirsiniz. Yüksək insani keyfiyyətləriniz, sadəliyiniz, xeyirxahlığınız və qayğıkeş münasibətiniz Sizi tanıyan hər kəsin qəlbində dərin hörmət və minnətdarlıq hissi oyadır.

Hörmətli Əsabil müəllim!

70 illik ömrünüzü Vətənimizə sədaqətlə, insanlara xeyirxahlıqla keçirməyiniz, bu yubileyin isə xalqımızın Zəfər Günü – 8 Noyabr kimi şanlı tarixə təsadüf etməsi xüsusi rəmzi məna daşıyır. Bir daha Sizi ölkəmizin inkişafı naminə sərf etdiyiniz həyatınızın 70-ci ildönümü – əlamətdar yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə uzun və sağlam ömür, xoşbəxtlik, əmin-amanlıq və gələcək fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq!

 

Dərin hörmətlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin

  üzvləri adından Şuranın sədri, 

  millət vəkili, professor Eldar Quliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.