Ağsu Rayon Ağsaqqallar Şurasının sədri, vətənpərvər ziyalı, müdrik ağsaqqal Vaqif Nəzərvun 70 yaşı tamam olub.
Vaqif Nəzərovun mənalı ömür yolu, Vətənə, xalqa, milli-mənəvi dəyərlərimizə və dövlətçiliyimizə sədaqətlə xidməti bu gün ağsaqqalların cəmiyyətimizdə oynadığı mühüm rolun parlaq nümunələrindəndir. O, ömrünü təkcə şəxsi kamilliyə deyil, eyni zamanda ictimai fəaliyyətə, gənc nəslin tərbiyəsinə və milli kimliyimizin qorunub yaşadılmasına həsr etmişdir. Uzun müddət səmərəli pedaqoji fəaliyyət göstərən və bu sahədə bir sıra məsul vəzifələrdə uğurla çalışan Vaqif müəllimin bir şox şagirdin elmin sirlərinə yiyələnərək tələbə adını qazanmasında və nümunəvi vətəndaşlar olaraq cəmiyyətimizə öz töhfələrini verməsində böyük xidmətləri olub.
Xaqımızın Ümummilli Lideri Heydər Əliyevin müdrik siyasətini qətiyyətlə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daha da inkişaf etdirdiyi Azərbaycanın şişəklənməsi naminə Vaqif Nəzərov bu gün də yüksək əzmkarlıq göstərir, dövlətimizin tərəqqisinə, cəmiyyətimizin, xüsusilə də gənc nəslin vətənpərvərlik və milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə qiymətli töhfələr verir. Onun Ağsu Rayon Ağsaqqallar Şurasının sədri kimi gördüyü işlər, rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirakı, ağsaqqal sözünün çəkisini qorumağı və maarifçilik missiyası cəmiyyətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilir. Vaqif müəllim, həmçinin, Allah yolunu tutmuş mömin bir insan kimi də daim ədalət, mərhəmət və səbir çağırışları ilə nümunəvi mövqe nümayiş etdirir.
Xalqımızın milli-mənəvi irsinə bağlı, cəmiyyətimizdə nüfuz və hörmət sahibi olan müdrik ağsaqqal, alicənab insan, dəyərli ziyalı Vaqif Nəzərovu 70 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, firavan həyat və gələcək fəaliyyətində davamlı uğurlar arzulayırıq!
Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili,
professor Eldar QULİYEV