Xəbərlər

Cəlilabad Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin iclası keçirilib

Cəlilabad Rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov iclas iştirakçılarını salamlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə gündən-günə inkişaf etməsindən, qazanılan nailiyyətlərdən bəhs edib. Vurğulayıb ki, hər zaman dövlətimizi, xalqımızı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu siyasətini dəstəkləyərək onun ətrafında sıx birləşən Azərbaycan Ağsaqqallar Şurası, eləcə də Şuranın Cəlilabad rayon təşkilatının üzvləri öz fəaliyyətlərini daha da intensivləşdirərək ictimai-siyasi və sosial-mədəni proseslərdə yaxından iştirak edirlər. Çıxış edənlər digər natiqlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri, Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşü, tarixi bir sənədin imzalanması, eləcə də Prezident cəNab İlham Əliyevin Ağ Evdə mətbuata bəyanatla çıxışı və Azərbaycanın media nümayəndələrinə verdiyi müsahibənin hər bir azərbaycanlı üçün yaddaqalan, mühüm tarixi bir hadisə olduğunu qeyd ediblər. Vurğulayıblar ki, sentyabrın 1-də Çinin Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının “ŞƏT plyus” formatında keçirilən Zirvə görüşünə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səfəri çərçivəsində bir sıra mühüm görüşlər keçirilmişdir. Bu hal Azərbaycanın getdikcə möhkəmlənən beynəlxalq mövqelərinin və Azərbaycan Prezidentinin yüksək şəxsi nüfuzunun bir göstəricisi kimi qiymətləndirilməlidir.
İclasda, həmçinin, Cəlilabad Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri arasında iş bölgüsü aparılmış, I yarımildə görülmüş işlər müsbət qiymətləndirilmiş, II yarımildə görüləcək işlər ətraflı müzakirə olunmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.