Xəbərlər

BAŞSAĞLIĞI

Azərbaycan Ağsaqqallar Şurasına ağır itki üz vermişdir. 2025-cü il noyabr ayının 1-də Naxçıvan Muxtar Respublikası Şahbuz Rayon Ağsaqqallar Şurasının sədri Cəbiyev Tamleyxa Göyüş oğlu 69 yaşında vəfat etmişdir.

Uzun illər yorulmadan insanların sağlamlığının keşiyində dayanan Tamleyxa Cəbiyev tibb sahəsində hansı vəzifədə çalışmasından asılı olmayaraq işinə həmişə vicdanla yanaşmış, əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsinə çalışmışdır. Əhalinin sağlamlığının qorunması sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə, fədakar və nümunəvi əməyinə görə dövlətimiz və xalqımız qarşısında böyük nüfuz və hörmət sahibi olmuşdur.

Son illərdə Şahbuz Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsini daşıyan Tamleyxa Cəbiyev müdrik bir ağsaqqal, dəyərli bir ziyalı kimi öz nümunəvi fəaliyyəti ilə rayonun ictimai-siyasi və mədəni həyatında yaxından iştirak etmiş, gənclərimizə milli-mənəvi dəyərlərimizi və mütərəqqi adət-ənənələrimizi aşılamış, onların Vətənə, xalqa, dövlətə məhəbbət ruhunda yetişməsində, elmin, mədəniyyətin cəmiyyətdə təbliğ olunmasında dəyərli xidmətlər göstərmişdir.

Bu ağır itki ilə əlaqədar dərindən kədərləndiyimizi bildirir, Cəbiyevlər ailəsinə və mərhumun bütün yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyirik. Müdrik ağsaqqal, dəyərli ziyalı Tamleyxa Cəbiyevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

Dərin hüznlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə

Heyətinin üzvləri adından Şuranın sədri,

millət vəkili, professor                                                             Eldar QULİYEV   

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.