Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü İbrahim Quliyev Lənkəranda Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə keçirilən tədbirdə iştirak edib

Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə Lənkəran regional “ASAN xidmət” mərkəzində “Bir görüş, min xatirə” adlı tədbir keçirilib.

Tədbir çərçivəsində Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Əməkdar müəllim, hüquq elmləri doktoru, professor, Birinci Qarabağ müharibəsinin iştirakçısı İbrahim Quliyev mərkəzin əməkdaşları və könüllüləri ilə görüşüb.

Görüş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiram əlaməti olaraq büstü önünə gül dəstələrinin qoyulması və bir dəqiqəlik sükutla başlanıb.

İbrahim Quliyev çıxışı zamanı müstəqil Azərbaycanın qurucusu olan Ümimmilli Liderimiz Heydər Əliyevin ölkəmizin milli maraqlarına əsaslanan daxili və xarici siyasətindən, dövlət quruculuğundakı misilsiz rolundan bəhs edib. O, hüquqi dövlətin formalaşması, gənclərə və təhsilə verilən önəm, milli birliyin qorunması, eyni zamanda beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun yüksəldilməsi istiqamətində atılmış addımları xüsusi vurğulayıb. Öz əmək fəaliyyəti dövründə Ulu Öndərlə bağlı şəxsi xatirələrini bölüşən natiq qeyd edib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirir. İbrahim Quliyev ağsaqqalları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandıran Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ağsaqqallara böyük diqqət və qayğı göstərdiyini də qeyd edib. Bildirib ki, hazırda 35 mindən çox üzvü olan Azərbaycan Ağsaqqallar Şurası qarşısına qoyduğu vəzifələrin öhdəsindən layiqincə gələrək fəaliyyətini geniş və effektiv şəkildə həyata keçirir.

Səmimi şəraitdə keçən maarifləndirici görüş maraqlı anlarla yadda qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.