Xəbərlər

Samux ağsaqqalları Aprel döyüşlərinin 10-cu ildönümünə  həsr olunmuş yığıncaqda iştirak ediblər

Aprel ayının 3-də Samux Rayon Ağsaqqallar Şurasının və Yeni Azərbaycan Partiyasının Samux Rayon Təşkilatının birgə təşkilatçılığı ilə ilə 2016-cı ilin Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş yığıncaq keçirilib.

Yığıncaqda Samux Rayon Ağsaqqallar Şurasının sədri Fidayıl Əliyev, Yeni Azərbaycan Partiyasının Samux Rayon Təşkilatının sədri Gündüz Bayramov, Şuranın İdarə Heyətinin üzvləri – Gəray Bayramov, Namiq Cəfərov, Mirzəmməd Orucov, həmçinin bir qrup rayon ağsaqqalları və ziyalıları iştirak ediblər.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Yığıncağı giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Samux Rayon Təşkilatının sədri Gündüz Bayramov 10 Aprel döyüşlərinin ölkəmizin hərb tarixində misilsiz əhəmiyyətindən danışaraq, bu döyüşlərdə əldə olunan qələbənin Zəfər tariximizin müjdəçisi olduğunu vurğulayıb. Aprel döyüşlərinin 10-cu ildönümü münasibətilə yığıncaq iştirakçilarını təbrik edib.

Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Gəray Bayramov da tədbirdə çıxış edərək Aprel döyüşlərində Azərbaycan Ordusunun qəhrəmanlıq nümunələrinə həsr olunmuş şeirini səsləndirib.

Sonra Samux Rayon Ağsaqqallar Şurasının sədri Fidayıl Əliyev öz çıxışında Aprel döyüşlərinin əhəmiyyəti haqqında geniş məlumat verərək bildirib ki, bu döyüşlərdə əldə olunan qələbə Vətən müharibəsində qazanılan Zəfərin başlanğıcı olmaqla yanaşı, Azərbaycan əsgərinin misilsiz döyüş ruhunu, komandir heyətinin yüksək hərbi bacarığını, Dövlət-Xalq-Ordu birliyinin sarsılmazlığını bir daha sübut etdi.

Daha sonra yığıncaqda çıxış edən Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Namiq Cəfərov Aprel döyüşlərindən sonra azad olunmuş ərazilərdə tikinti-quruculuq işlərində yaxından iştirak etdiyini vurğulayıb, həyata keçirilən geniş miqyaslı işlərdən söz açıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.