Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvləri adından Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, müharibə və əmək veteranı Fatma xanım Səttarovanı 9 May – faşizm üzərində Qələbə Günü münasibətilə təbrik edib. Görüş zamanı Ramin Həsənli qeyd edib ki, Eldar Quliyev və İdarə Heyətinin üzvləri Fatma xanımın simasında bütün Azərbaycan veteranlarını – tarixi qələbəyə mühüm töhfələr verən hər bir azərbaycanlını İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 78-ci ildönümü münasibətilə ürəkdən təbrik edir, onların hər birinə möhkəm cansağlığı, ölkəmizə sülh, rifah və əmin-amanlıq arzulayırlar!
Görüşdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Azərbaycan Ağsaqqallar Şurasının böyük məsləhətçi-hüquqşünası Kamal Əliyev və mətbuat katibi Rafiq Rzayev də iştirak edib.