Təbriklər

GƏRAY BAYRAMOV – 75

Oktyabr ayının 6-da Samux Rayon Ağsaqqallar Şurasının sədri, Qabaqcıl maarif xadimi, dəyərli ziyalı, müdrik ağsaqqal Gəray Bayramovun 75 yaşı tamam olur.

Yüksək mənəviyyata malik təvazökar bir insan olaraq Gəray müəllim Azərbaycan ziyalısının ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirmişdir. Həyatı boyunca şərəfli və məhsuldar ömür yolu, mənəvi saflığı və vətəndaş böyüklüyü ilə seçilən Gəray Bayramov peşəkar və təcrübəli pedaqoq kimi uzun müddət səmərəli müəllimlik fəaliyyəti göstərmişdir. Pedaqoji  sahədə bir sıra məsul vəzifələrdə xalqımızın və dövlətimizin tərəqqisi naminə uğurla çalışaraq, bir çox  şagird və tələbənin yüksək təhsil almasında, bilik və bacarıqlara yiyələnməsində, cəmiyyətdə nümunəvi vətəndaşlar olaraq formalaşmasında böyük rol oynamışdır. Fəaliyyət göstərdiyi dövrdə təhsil sahəsindəki xidmətlərinə görə “Qabaqcıl maarif xadimi” döş nişanı ilə təltif olunmuşdur.

Gəray Bayramov hal-hazırda Samux Rayon Ağsaqqallar Şurasının sədri olaraq müdrik bir ağsaqqal, dəyərli bir ziyalı kimi Azərbaycanımızın tərəqqisi naminə var qüvvəsi ilə çalışır, gənclərimizin maarifləndirilməsi, onların milli-mənəvi dəyərlərimizə hörmət və vətənpərvərlik ruhunda yetişdirilməsi üçün əlindən gələni əsirgəmir.

Xalqımıza və dövlətimizə dəyərli xidmətlər göstərən alicənab şəxsiyyət, gözəl insan Gəray Bayramovu 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, Ona uca Allahdan uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətində uğurlar arzulayırıq!

 

 

 

Dərin hörmətlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin

 üzvləri adından Şuranın sədri,

 millət vəkili, professor                                                                                                                                                    Eldar QULİYEV

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.