Təbriklər, Xəbərlər

VAHİD NOVRUZOV – 74

Yanvar ayının 7-də Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzovun 74 yaşı tamam olur.
Yüksək mənəvi zənginliyə malik bir şəxsiyyət olan Vahid Novruzov öz müdrikliyi, insanlara qarşı xeyirxahlığı, xalqımıza və dövlətimizə dəyərli xidmətləri ilə hər azərbaycanlının hörmət və sevgisini qazanmışdır. Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini hər zaman dəstəkləyərək, ölkəmizin ictimai və sosial-iqtisadi həyatında mühüm rol oynamışdır. Azərbaycan Respublikası Auditorlar Palatasının sədri vəzifəsini uğurla həyata keçirən, 180-dən artıq elmi əsərin və 5 monoqrafiyanın müəllifi olan professor Vahid Novruzovun rəhbərliyi və iştirakı ilə ölkəmizdə audit sisteminin inkişafına və tənzimlənməsinə dair bir sıra xüsusi ədəbiyyat, metodik göstəriş, tövsiyə və standartlar işlənib hazırlanaraq bu gün də audit praktikasında tətbiq edilir.
Vahid müəllimin səmərəli fəaliyyəti dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilmiş, o, “Şöhrət” ordeninə və bir sıra digər ali mükafatlara, habelə  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “AHİK-30 il” yubiley döş nişanına və başqa təltiflərə layiq görülmüşdür. Professor Vahid Novruzov, həmçinin, Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin həqiqi üzvü, Gürcüstan Mühasiblər, Auditorlar və Məsləhətçilər Cəmiyyətinin fəxri üzvü seçilmiş, Elm və təhsil sahəsində müstəsna xidmətlərinə görə Beynəlxalq Elmlər Akademiyasının  “Qızıl döş nişanı” ilə təltif olunmuşdur.
Hazırda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini olaraq öz uğurlu fəaliyyəti ilə Şuranın, xüsusilə də kuratoru olduğu şəhər və rayon təşkilatlarının işinə böyük töhfələr verən Vahid Novruzov cəmiyyətmizin, əsasən də gənc nəslin maarifləndirilməsində, onlara milli-mənəvi dəyərlərimizin aşılanmasında və vətənpərvərlik hisslərinin gücləndirilməsində yaxından iştirak edir. Geniş dünyagörüşü, yüksək intellekti, tükənməz gənclik enerjisi və təşkilatçılıq bacarığı ilə hər bir vətəndaşımız üçün örnək olan Vahid müəllim həm də vətənpərvər və ziyalı övladlar yetişdirən qayğıkeş ata və gözəl ailə başçısıdır.
Milli və mənəvi dəyərlərimizi hər zaman uca tutan görkəmli ziyalı, tanınmış alim, müdrik ağsaqqal Vahid Novruzovu bu gözəl və şərəfli həyatının 74-cü ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona bu şanlı ömür yolunda möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!

Dərin hörmət və səmimiyyətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə
Heyətinin üzvləri adından Şuranın sədri,
millət vəkili, professor                                                                                             Eldar QULİYEV

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.