Təbriklər

TOFİQ ZEYNALOV – 80

İyul ayının 17-də Tovuz Rayon Ağsaqqallar Şurasının sədri, vətənpərvər ictimai-siyasi xadim, dəyərli ziyalı, müdrik ağsaqqal Tofiq Zeynalovun 80 yaşı tamam olur.
Fəaliyyəti boyunca daim xalqımızın və dövlətimizin mənafeyini hər şeydən üstün tutan, mənəvi saflığa və vətəndaş böyüklüyünə sahib olan Tofiq Zeynalov səmərəli ictimai-siyasi fəaliyyəti, prinsipiallığı və xeyirxah əməlləri ilə onu tanıyan insanların dərin hörmətini qazanmışdır. Yüksək işgüzarlıq və idarəçilik qabiliyyətinə malik Tofiq müəllim uzun müddət bir sıra rəhbər vəzifələrdə uğurla çalışaraq Vətənimizə, dövlətimizə fədakarlıqla xidmət etmiş, ona göstərilən etimadı layiqincə doğrultmuşdur. Səmərəli fəaliyyəti və xidmətləri “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 25 illiyi” yubiley medalı, Azərbaycan Qarabağ Müharibəsi Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təsis etdiyi “Fədai” medalı və ali dövlət təltiflərindən olan “Şöhrət” ordeni ilə dəyərləndirilmişdir. Birinci Qarabağ müharibəsi veteranı Tofiq Zeynalov üçün ən böyük mükafat Tovuz rayonu əhalisinin və xalqımızın ona olan yüksək hörmət və sevgisidir.
Ulu Öndər Heydər Əliyevin müdrik siyasətini qətiyyətlə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daha da inkişaf etdirdiyi Azərbaycanın çiçəklənməsi naminə Tofiq müəllim bu gün də yüksək əzmkarlıq nümayiş etdirir. Tovuz Rayon Ağsaqqallar Şurasının sədri olaraq müdrik ziyalı, nüfuzlu şəxsiyyət kimi ölkəmizin ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edərək, öz şərəfli ağsaqqallıq missiyasını uğurla həyata keçirməklə Azərbaycan dövlətçiliyinin tərəqqisinə, cəmiyyətimizin, xüsusilə də gənc nəslin vətənpərvərlik və milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə dəyərli töhfələr verir.
Mənalı və şərəfli ömür sürən dəyərli şəxsiyyət, vətənpərvər ziyalı, müdrik ağsaqqal Tofiq Zeynalovu 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və gələcək işlərində davamlı uğurlar arzulayırıq!

 

Dərin hörmətlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin

üzvləri adından Şuranın sədri, millət vəkili,

professor                                                                                                                                        Eldar QULİYEV                                                                                                                                            

 

 

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.