Xəbərlər

Xətai Rayon Ağsaqqallar Şurasının təşkilatçılığı ilə COP29-la bağlı dəyirmi masa keçirilib

07 avqust 2024-cü il tarixində Xətai Rayon Ağsaqqallar Şurasının, Rayon İcra Hakimiyyətinin və İctimai Şuranın təşkilatçılığı ilə COP29-la bağlı dəyirmi masa keçirilib.

Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu bir tərəfdən ölkəmizə böyük etimadın göstərilməsi, digər tərəfdən də Azərbaycanın qlobal problemlərinin həll edilməsi istiqamətində məsuliyyətli və etibarlı tərəfdaş mövqeyinin təsdiqlənməsinin əyani şəkildə göstəricisi hesab edilə bilər.
Digər natiqlər də vurğulayıblar ki, siyasi baxımdan qeyd olunan tədbirin ölkəmizdə keçirilməsi beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyinin daha da güclənməsinə şərait yaratmış olacaqdır. Bu kontekstdə “Yaşıl dünya naminə həmrəylik ili”ndə Azərbaycanın bütün dövlət və özəl qurumları, o cümlədən təhsil müəssisələri  bu və ya digər formada, eləcə də birbaşa və dolayısı ilə adıçəkilən proseslərdə fəal iştirak etməklə dövlətimizin bu istiqamətdə apardığı siyasətə dəstək göstərmiş olacaqlar.
Tədbir ətraf mühitin qorunması istiqamətində müzakirələrlə davam edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.