Xəbərlər

İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov Naxçıvan MR Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədovla görüşüb

Avqust ayının 26-da İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov Naxçıvanda Muxtar Respublikanın Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədovla görüşüb.

Səmimi şəraitdə keçən görüşdə hər iki təşkilatın gördüyü işlər barəsində səmərəli fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, millət vəkili, professor Eldar Quliyevin sədrliyi ilə Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyəti xeyli artıb və təşkilat yeni inkişaf mərhələsinə qədəm qoyub. Görüşdə, həmçinin, sıralarında nüfuzlu elm, mədəniyyət və incəsənət adamlarını, tanınmış ictimai-siyasi xadimləri birləşdirən Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatlarının üzvlərinin cəmiyyətimizin, xüsusilə də yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirməsindən ətraflı söhbət açılıb. Habelə Şura sədrləri ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatındakı əhəmiyyətli rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından bəhs ediblər. Söhbət zamanı gələcəkdə Naxçıvan MR Ağsaqqallar Şurası ilə İmişli Rayon Ağsaqqallar Şurası arasında əməkdaşlığın artırılması, qarşılıqlı səfərlərin və birgə tədbirlərin keçirilməsi perspektivləri də müzakirə olunub.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.