Xəbərlər

Ağsu Rayon Ağsaqqallar Şurasının üzvləri ağacəkmə aksiyasında iştirak ediblər

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkəmizin bütün regionlarında ağacəkmə aksiyaları keçirilir və bu aksiyalarda Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatlarının üzvləri yaxından iştirak edirlər. Növbəti ağacəkmə aksiyası Ağsu rayonunda Ağsu-Rəhimli-Qaradağ avtomobil yolunun rayonun Ülgüc kəndi ərazisindən keçən hissəsində keçirilib. Aksiyada ümumilikdə 300 nəfər, o cümlədən Ağsu Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Nəzərov başda olmaqla təşkilatın üzvləri iştirak ediblər.

Aksiyada, həmçinin, yeni əkilən ağaclara aqrotexniki qulluq göstərilməsi, onların qorunması və suvarılması ilə bağlı təşkilati və texniki tədbirlər görülüb.
Ağsu rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, ümumilikdə, 11 min ədəd ağacın əkilməsi nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.