Xəbərlər

Ağsaqqalların təşəbbüsü ilə Qobu qəsəbəsində tədbir keçirilmişdir

Ağsaqqalların təşəbbüsü ilə Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə Abşeron rayon Qobu qəsəbə Sənətkarlıq Evində tədbir keçirilmişdir.

Qəsəbə Ağsaqqallar Şurası və Uşaq İncəsənət məktəbinin təşkilatçılığı ilə baş tutan tədbirdə ağsaqqallar, ziyalılar, şəhid ailələrinin üzvləri və qazilər, qəsəbə icra nümayəndəliyi və qəsəbə bələdiyyəsinin əməkdaşları, eyni zamanda ictimai fəallar iştirak ediblər.

Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclasda çıxış edən natiqlər Ulu Öndər Heydər Əliyev tərəfindən təsis olunmuş 31 Dekabr – Dünya Azərbaycanlıların Həmrəyliyi Gününün siyasi, tarixi, dini və mənəvi dəyərinin əhəmiyyətindən, bu sahədə ötən müddət ərzində Diasporla İş Komitəsinin həyata keçirdiyi fəaliyyətdən və dünya azərbaycanlılarının Bakıda keçirilən qurultaylarından ətraflı bəhs etmişlər. Tədbirdə, həmçinin, vurğulanmışdır ki, Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində ölkəmiz regionun lider dövlətinə çevrilmişdir. Dünyanın dörd bir tərəfində yaşayan soydaşlarımız qüdrətli və müstəqil Azərbaycanla haqlı olaraq fəxr edirlər. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı mənfur düşməni doğma torpaqlarımızdan qovmuş bir xalqın övladı kimi qürur hissi keçirir.

Tədbir iştirakçıları, həmçinin, Uşaq İncəsənət məktəbinin yetirmələrinin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olmuşlar və gənc istedadların ifasında səslənən vətənpərvərlik mahnıları, şeirlər alqışlarla qarşılanmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.