Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar fevral ayının 26-da Azərbaycan Ağsaqqallar Şurasının üzvləri faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.
Ziyarətdə Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, müavinlər – Bayram Yusifov, millət vəkili Ağalar Vəliyev, akademik Abel Məhərrəmov, İdarə Heyətinin üzvləri – akademik Arif Həşimov, professor Aqiyə Naxçıvanlı, Şuranın Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, şəhid atası, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, şəhid atası, Xətai Rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov, Suraxanı Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev, Qaradağ Rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov və digər ağsaqqallar iştirak ediblər.
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Xocalı soyqırımı abidəsinin önünə gül dəstələri düzərək, faciə qurbanlarının əziz xatirəsinə ehtiramlarını bildiriblər.






