Xəbərlər

Kəlbəcər Rayon Ağsaqqallar Şurası Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib

İyunun 13-də Kəlbəcər Rayon Ağsaqqallar Şurasının və Rayon Mərkəzi Xəstəxanasının təşəbbüsü ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş  tədbir keçirilib.
Tədbirdə Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov, Kəlbəcər Rayon İcra Hakimiyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Heydər Bəylərov, Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının  direktor müavini Fariz Camallı və təqaüddə olan həkim-kardioloqu Adil Nəcəfov, rayonun polis şöbəsinin sabiq rəisi Elçin Abdullayev, eləcə də Rayon Mərkəzi Xəstəxanasının kollektivi iştirak edib.
İlk öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov bildirib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Bu gün Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan Ulu Öndər Heydər Əliyevdir. Aqil Məmmədov, həmçinin,  qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətini xaos və anarxiyadan, eləcə də dövlətçiliyin məhv olması təhlükəsindən xilas edib. Dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda onun layiqli davamçısı möhtərəm  Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə dünyanın sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən qalib və müzəffər bir dövlətə çevrilib.
Çıxış edən digər natiqlər bildiriblər ki, Ümummilli Lider Heydər Əliyev bütün həyatı və fəaliyyəti boyunca daim Vətənini, onun suverenliyini, dövlətimizin güclənməsini düşünüb. Azərbaycanı ən çətin məqamlarında  üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz xidmətlər göstərib. Natiqlər, həmçinin, qeyd ediblər ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev  Ata nəsihətini yerinə yetirərək ərazi bütövlüyümüzü təmin edib, müzəffər Ali Baş Komandanın “Dəmir yumruğ”u ətrafında birləşən şanlı Ordumuz 44 günlük Vətən müharibəsində düşmən üzərində böyük qələbə qazanıb. Hazırda ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılığı altında böyük inkişaf və tərəqqi reallaşdırılır. Hər birimiz bu gün iftixarla deyirik ki, Azərbaycanın Ümummilli Lideri, Azərbaycan dövlətinin xilaskarı və memarı Ulu Öndər Heydər Əliyev bizim qəlbimizdə daim yaşayır və yaşayacaq, gələcək nəsillər onun həyat yolunu araşdıracaq və öyrənəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.