Təbriklər

ƏLİ KƏRİMOV – 75

Sentyabr ayının 17-də Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri, vətənpərvər ziyalı, müdrik ağsaqqal Əli Kərimovun 75 yaşı tamam olur.

Uzun illər ərzində xalqımıza, dövlətimizə, Vətənimizə sədaqətlə xidmət edən, hər zaman elin, obanın yanında olan, ağsaqqallıq missiyasını şərəflə yerinə yetirən Əli Kərimov səmərəli fəaliyyəti, ədalətli mövqeyi, prinsipiallığı və xeyirxah işləri ilə onu tanıyan hər bir kəsin hörmətini qazanan, etimadını doğruldan alicənab bir şəxsiyyətdir. Gənc yaşlarından sadə zəhmətdən başlayan uzunmüddətli səmərəli fəaliyyəti və işgüzarlığı ilə seçilərək insanlar arasında söz və nüfuz sahibi olmuşdur. Bir sıra məsul vəzifələrdə ölkəmizin tərəqqisi naminə uğurla çalışaraq, fəaliyyəti boyunca cəmiyyətimizin inkişafına dəyərli töhfələr vermişdir.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin uğurlu siyasətini qətiyyətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daha da inkişaf etdirdiyi Vətənimizin çiçəklənməsi naminə Əli Kərimov bu gün də yüksək əzmkarlıq nümayiş etdirir. Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri olaraq vətənpərvər ziyalı, nüfuzlu şəxsiyyət kimi ölkəmizin ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edərək, müdrik ağsaqqal kimi xalqımızın, dövlətimizin tərəqqisinə, cəmiyyətimizin, xüsusilə də gənc nəslin vətənpərvərlik və milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə qiymətli töhfələr verir. Hazırda o, rayonun yerli özünüidarəetmə orqanı olan bələdiyyə sistemində də uğurla fəaliyyət göstərir.

Şərəf və vicdanla yaşadığı ömrünün müdriklik zirvəsində olan Əli Kərimovu 75 illik əlamətdar yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uca Allahdan uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycanımızın tərəqqisi naminə gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!

 

 Dərin hörmətlə,

Azərbaycan Ağsaqqallar Şurasının

İdarə Heyətinin üzvləri adından

Şuranın sədri, millət vəkili, professor                            Eldar QULİYEV    

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.