Xəbərlər

Gəncə Şəhər Ağsaqqallar Şurasının təşkilatçılığı ilə dəyirmi masa keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin inzibati binasının konfrans zalında Gəncə Şəhər Ağsaqqallar Şurasının və Şəhər İcra hakimiyyətinin  təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” cərçivəsində “Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ABŞ-a və Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində ABŞ, Çin-Azərbaycan münasibətləri bir çox sahələrin dinamik inkişafına səmərəli töhfə verəcəkdir” mövzusuna həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə Gəncə Şəhər Ağsaqqallar Şurasının üzvləri,  ziyalılar, eləcə də ali məktəblərin, kolleclərin, müəssisə və təşkilatların rəhbərləri və Qərbi Azərbaycan İcmasının Gəncə şəhər nümayəndəliyinin əməkdaşları iştirak etmişdir.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, Əməkdar müəllim, professor Nürəddin Məmmədov iştirakçıları salamladıqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ABŞ-a və Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində əldə olunan nailiyyətlər barəsində ətraflı məlumat verib. Vurğulayıb ki, hər iki ölkədə dövlət başçımızın yüksək səviyyədə qarşılanması, sonrakı proseslər və qazanılan uğurlar bir daha göstərdi ki, dünyanın fövqəlgüc ölkələri ilə dostluq və əməkdaşlıq əlaqələrimiz davamlı olaraq genişlənir və inkişaf edir. Natiq, həmçinin,  Azərbaycan Ağsaqqallar Şurası İdarə Heyətinin “Qalib Liderimizin diplomatik zəfəri regionda sülhün, sabitliyin zəmanətidir” mövzusunda  keçirilmiş iclasından da bəhs edib və bildirib ki, Gəncə Şəhər Ağsaqqallar Şurasının üzvləri həmin iclasda qəbul olunmuş Bəyanatı  dəstəkləyirlər.

Sonra Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tədris işləri üzrə prorektoru Əhməd Məlikov, ADAU-nun kafedra müdiri, dosent Elgün Aslanov mövzu ətrafında geniş məruzə ilə çıxış ediblər. Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov da mövzu ətrafinda fikirlərini bölüşüb. Tədbirdə, həmçinin, Gəncə Dövlət Universitetinin professoru Həsənbala Sadıqov, Tibb Kollecinin direktoru, Əməkdar səhiyyə işçisi Mehman Rzayev, Gəncə Şəhər Ağsaqqallar Şurası sədrinin 1-ci müavini, 1-ci dərəcəli dövlət qulluqçusu Zabit Xəlilov, Azərbaycan Texnologiya Universitetinin dosenti Hüseyn Budaqov, Qərbi Azərbaycan İcmasının Gəncə nümayəndəliyinin üzvü, dosent Bayram Apoyev və başqaları çıxış edərək əminliklə və birmənalı olaraq bildiriblər ki, bu möhtəşəm səfərlər ABŞ, Çin-Azərbaycan əlaqələrinin hər bir sahədə gələcək inkişafına  səmərəli töhfələr verəcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.