Xəbərlər

Şəkidə ağsaqqallar şəhidlərin xatirəsini ehtiramla anıblar

Azərbaycanın suverenliyinin bərpa edilməsi məqsədilə Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə  rəşadətli Ordumuzun Qarabağda keçirdiyi  lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının – Rizvan Əhmədovun və Bəxtiyar İdrisovun  əziz xatirəsi Şəki rayonunda ehtiramla anılıb.

Şəki Rayon Ağsaqqallar Şurasının üzvləri, Şəhər İcra Hakimiyyətinin və YAP Şəki rayon təşkilatının əməkdaşları, şəhid valideynləri, qazilər, kənd ictimaiyyətinin nümayəndələri antiterror tədbirləri zamanı şəhadətə yüksəlmiş rayonun Cumakənd kənd sakini, kiçik gizir Əhmədov Rizvan Niyazi oğlunun və  Aşağı Layısqı kənd sakini, əsgər İdrisov Bəxtiyar İxtiyar oğlunun məzarlarını ziyarət edərək qəhrəman şəhidlərimizin əziz xatirələrini dərin hörmət və ehtiramla yad ediblər.

Anım mərasimlərində şəhidlərimizin ruhuna dualar oxunub. Şəki Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Əhmədov şəhidlərin vətənpərvərliyindən, qəhrəmanlığından söz açıb, onların işıqlı xatirəsinin hər bir Azərbaycan vətəndaşının, eləcə də ağsaqqalların qəlblərində əbədi yaşayacağını, heç zaman yaddaşlardan silinməyəcəyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.