Xəbərlər

BAŞSAĞLIĞI

Azərbaycan Ağsaqqallar Şurasına ağır itki üz vermişdir. İcərişəhər Ağsaqqallar Şurasının üzvü, alicənab ziyalı, təvazökar insan Məmmədov Ağabala Əbdülrəhim oğlu 73 yaşında vəfat etmişdir.

Bu ağır itki ilə əlaqədar dərindən kədərləndiyimizi bildirir, Məmmədovlar ailəsinə və mərhumun bütün yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyirik. Nəcib insan və dəyərli ağsaqqal Ağabala Məmmədovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

 

Dərin hüznlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə

Heyətinin üzvləri adından Şuranın sədri,

millət vəkili, professor                                                     Eldar QULİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.