44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalan Rauf İbadovun anım tədbiri keçirilib.
Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, şəhid Rauf  İbadovun atası, Abşeron Rayon Ağsaqqallar Şurasının sədri Məhərrəm İbadov, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Azad Hümbətovun atası, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, şəhid Vidadi Zalovun atası, Abşeron Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Nizami Zalov, eləcə də digər şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, ağsaqqallar və ziyalılar, həmçinin SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin, Bakı Sağlamlıq  Mərkəzinin, Abşeron rayonunun idarə və təşkilatlarının rəhbər şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları şəhidimizin Saray qəsəbə Şəhidlər Xiyabanındakı məzarını ziyarət edərək önünə əklil və gül dəstələri düzüblər,  xatirəsini ehtiramla yad ediblər.
Mərasimdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək bildirib ki, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində və sonra 1 gündən də az davam antiterror əməliyyatlarında düşməni diz çökdürərək torpaqlarımızı işğaldan azad edib, 30 illik həsrətimizə son qoyub. Hazırda işğaldan azad olunan rayon və kəndlərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, soydaşlarımız böyük sevinc və qürur hissi ilə öz doğma yurdlarına qayıdırlar. Qarabağımız yenidən canlanır. Bu gün biz xalqımıza bu sevinc və qüruru yaşadan, bütöv, suveren Azərbaycan naminə canından keçən Rauf kimi qəhrəman övladlarımızın ölməz ruhu qarşısında baş əyirik. Onların əziz xatirəsi heç zaman unudulmayacaqdır.
Tədbirdə çıxış edən döyüş yoldaşları şəhid Rauf İbadovun vətənpərvər mübarizə əzmindən, şərəfli döyüş yolundan, misilsiz şücaətlərindən və tarixə yazılan  qəhrəmanlıqlarından  söz açıblar. Rauf  İbadova və onun timsalında bütün şəhidlərimizə uca Allahdan rəhmət diləyiblər. Şəhidlərimizin unudulmaz xatirəsinin əziz tutulmasını, onların daim yad olunmasını bütün şəhid ailələrinə olan  ehtiram və qayğının bariz nümunəsi kimi dəyərləndiriblər. Şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Şəhid Rauf İbadovun atası, Abşeron Rayon Ağsaqqallar Şurasının sədri Məhərrəm İbadov mərasim iştirakçılarına təşəkkür edərək oğlunun,  eləcə də Azərbaycanın minlərlə igid övladının qanları ilə Vətənimizin şanlı tarixini yazdıqlarını, xalqımıza böyük Zəfər sevincini bəxş etdiklərini vurğulayıb. Biz şəhid valideynləri kimi fəxr edirik ki, belə qorxmaz, igid, vətənpərvər oğullar böyütmüşük. Onlar topaqlarımızı işğaldan azad edərək qürurumuzu özümüzə qaytardılar, başımızı uca etdilər. Məhərrəm İbadov, həmçinin, bildirib ki, bu gün müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyev hərb meydanında qazanılan möhtəşəm Zəfəri diplomatiya sahəsində beynəlxalq səviyyədə davam etdirir, Azərbaycana davamlı qələbələr qazandırır. Bu bizi hədsiz dərəcədə  qürurlandırır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin, qüdrətli Prezidentimizi, rəşadətli Ordumuzu və qalib xalqımızı qorusun.
Sonra şəhidimizin xatirəsinə ehsan süfrəsi açılıb, ruhuna dualar oxunub.
Şəhid Rauf İbadovun əziz xatirəsi yad edilib
- 01-11-2025
 - [12:38]
 - []
 
						
					
				
					01				
				
					Noy				
			
						
			
	
	
	
	
	
	







