4 noyabr 2025-ci il tarixdə Xızı şəhərinin giriş hissəsində “8 Noyabr – Zəfər Günü”nün beşinci ildönümü ilə bağlı Tədbirlər Planı çərçivəsində ağacəkmə aksiyası keçirilib.
Aksiyada Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Əzizov, Xızı Rayon Ağsaqqallar Şurasının sədri , Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti 2 saylı Abşeron-Xızı regional bölməsinin rəisi Fərrux Haqverdiyev, YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev, eləcə də Rayon Ağsaqqallar Şurasının üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edib.
Aksiya çərçivəsində Xızı rayonunda 400 ədəd həmişəyaşıl eldar şamı, tuya və sərv ağacları əkilib, həmçinin yeni əkilmiş tinglərə aqrotexniki qulluq göstərilib və suvarılıb.
Xızıda ağsaqqalların iştirakı ilə ağacəkmə aksiyası keçirilib
- 06-11-2025
- [17:05]
- []
06
Noy




