Xəbərlər

Ağsu Rayon Ağsaqqallar Şurasının üzvləri ağacəkmə aksiyasında iştirak ediblər

8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə Ağsu-Rəhimli-Qaradağ kəndlərarası avtomobil yolunun 1,5-ci km-də ağacəkmə aksiyası keçirilib.
Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Nəzərov, ağsaqqallar, ziyalılar, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, eləcə də rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər. Ağacəkmə aksiyasında əkilən hər bir ağac tinginə arqotexniki qulluq göstərilib.
Ağacəkmə aksiyasından sonra Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçıları ilə görüş keçirilib.
Görüşdə RİH başçısı Rövşən Bağırov hər kəsi 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edərək, 2020-ci il sentyabrın 27-də başlanan və möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə qısa vaxtda Qələbə ilə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb. Vurğulayıb ki, qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti baxımından xalqımız bu doğma şəhərimizin azad olunduğu 8 noyabr tarixini – Zəfər Gününü təntənə ilə qeyd edir.
Tədbirdə çıxış edən Ağsu Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Nəzərov 44 gün davam edən və Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini bildirib. Vətən müharibəsində Azərbaycan xalqının öz liderinin – müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdiyini qeyd edib. Bütün xalqımızı qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edib.
Tədbirdə iştirak edən Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.