Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev və Şuranın sədr müavini, millət vəkili, professor Eldar İbrahimov QDİƏT PA-nın 66-cı plenar iclasında iştirak ediblər

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında (QDİƏT PA) Azərbaycanın nümayəndə heyətinin rəhbəri, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev və heyət üzvləri, Milli Məclisin deputatları – Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Eldar İbrahimov, Musa Quliyev  və Səbinə Salmanova bu qurumun Baş Assambleyasının 66-cı plenar iclasında iştirak etmək üçün noyabrın 22-də Bolqarıstan Respublikasının Sofiya şəhərinə səfər ediblər.
İclas çərçivəsində “Avropa İttifaqı və digər beynəlxalq regional təşkilatlarla əməkdaşlıq” mövzusunda müzakirələr aparılıb, təşkilatın bir sıra komitələrinin  fəaliyyətinə dair məruzələr  dinlənilib.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, QDİƏT PM sədrinin müavini və qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili, professor Eldar Quliyev iclasın mövzusu ilə bağlı çıxış edib.
Səfər noyabrın 26-da başa çatacaq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.