Xəbərlər

İmişli Rayon Ağsaqqallar Şurasının növbəti iclası keçirilib

İmişli Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda İmişli Rayon Ağsaqqallar Şurasının sədri Ramiz Əmirov və İdarə Heyətinin üzvləri iştirak ediblər.

Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayan iclasda İmişli Rayon Ağsaqqallar Şurasının sədri Ramiz Əmirov çıxış edərək təşkilatın 2026-cı il üçün İş Planı haqqında və həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, İmişli Rayon Ağsaqqallar Şurasının İş Planı Azərbaycan Ağsaqqallar Şurasının Nizamnaməsinə və İmişli Rayon Ağsaqqallar Şurasının Əsasnaməsinə uyğun olaraq hazırlanıb və hazırda həmin plan üzrə Şura öz fəaliyyətini həyata keçirir.

İclasda Şuranın fəaliyyəti haqqında geniş və səmərəli müzakirələr aparan İdarə Heyətinin üzvləri qərara gəliblər ki, İş Planında nəzərdə tutulan vəzifələrin icrasının təmin edilməsi, milli-mənəvi dəyərlərimizə və tarixi ənənələrimizə söykənməklə, eyni zamanda müasir çağırışları nəzərə alaraq İmişli Rayon Ağsaqqallar Şurasının ərazi təşkilatlarının rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştiraklarının gücləndirilməsinə nail olunacaqdır.

Müzakirələr zamanı irəli sürülən təkliflər, düzəlişlər və əlavələr nəzərə alınmaqla İmişli Rayon Ağsaqqallar Şurasının 2026-cı il üçün İş Planı üzrə təşkilatın fəaliyyətinin yüksək səviyyədə davam etdirilməsi qərara alınıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.