Aprel ayının 10-da Şəki Rayon Ağsaqqallar Şurası rayonun Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə birlikdə növbəti tədbir keçirib.
Tədbirdə Şəki Rayon Ağsaqqallar Şurasının sədri, müharibə veteranı Vaqif Əhmədov, Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndəsi, Müharibə iştirakçıları və şəhid ailələri ilə işlərin təşkili şöbəsinin müdiri, müharibə veteranı Anar Məmmədov, rayonun Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Mustafa Əhmədov, ağsaqqallar, ziyalılar, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları və ictimayətin digər nümayəndələri iştirak ediblər.
Tədbirdə Şəki Rayon Ağsaqqallar Şurasının sədri, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Vaqif Əhmədov və digər natiqlər çıxış edərək ölkəmizdəki dinamik inkişaf prosesindən, əldə olunan nailiyyətlərdən ətraflı bəhs ediblər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti yekdilliklə bəyəndiklərini vurğulayaraq, daim ölkə başçısını dəstəklədiklərini və dövlətinin ali qanunlarının icrasına hər zaman hazır olduqlarını qeyd ediblər. Azərbaycana bəxş etdiyi sabitliyə və əmin-amanlığa görə Sülhün Memarı cənab İlham Əliyevə Şəki Rayon Ağsaqqallar Şurasının, eləcə də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının çoxsaylı vətənsevər üzvlərinin dərin ehtiramını çatdırıblar. Ağsaqqallara, veteranlara, həmçinin şəhid ailələrinin üzvlərinə, qazilərə göstərilən yüksək dövlət qayğısına görə minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda Şəki rayon sakinlərindən – müharibə və əmək veteranlarından, əməkdar müəllim və şəhid ailələrinin üzvlərindən ibarət 17 nəfər nüfuzlu şəxsə Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvlük vəsiqələri təqdim edilib.







