Xəbərlər

Salyan Rayon Ağsaqqallar Şurasının sədri gənclərin hüquqlarına həsr olunmuş tədbirdə çıxış edib

10 aprel 2026-cı il tarixində Salyan rayon Peşə Liseyində “Məişət zorakılığı-Uşaq və yeniyetmələrin hüquqlarının pozulmasının səbəbidir” mövzusunda tədbir keçirilib.

Tədbirdə əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra “Şiddətə yox de!” adlı qısametrajlı filmə baxış olub.

Tədbirdə çıxış edən Salyan Rayon Ağsaqqallar Şurasının sədri Məhəmməd Ağayev, Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi – Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Sevinc Səmədova, “Ziyalılar” İctimai Birliyinin sədri Allahverdi Piriyev, Şəhər Bələdiyyəsinin sahə müfəttişi Qafar Məmmədov, Salyan rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin müdiri Yeganə Cəfərova, Heydər Əliyev Mərkəzinin müdiri Nübar Bayramova və Liseyin direktor əvəzi Elşad Xəlilov tərəfindən uşaqlara qarşı hansı formada zorakılıqların baş verməsi, kimlərin zorakılığa tez məruz qala biləcəyi və bunun qarşısının alınması, uşaqlara qarşı zorakılıq əməllərinin formaları haqqında məlumat verilib, sosial işçilər tərəfindən ailə-məişət zəminində və ya etibar edilən mühitdə baş verən zorakılıqların gələcəkdə həmin uşaqların psixoloji problemlərlə üzləşmə ehtimalının artması barədə də ətraflı danışılıb.

Tədbirin sonunda iştirakçılara “Məişət zorakılığına yox deyək!” adlı bukletlər və məlumatlandırma vərəqələri paylanılıb. Tədbir “Məişət zorakılığına məruz qaldıqda nə etməli?” maarifləndirici videoçarxın müzakirəsi ilə başa çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.