Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibəti ilə Ağstafa rayonunda silsilə tədbirlər keçirilir. “Yazıçılar Evi”ndə Ağstafa Rayon Ağsaqqallar Şurasının Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş növbəti iclası öz işinə başlamazdan əvvəl müasir, müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad olunub. Tədbirdə “Dahi Şəxsiyyətə böyük ehtiram” mövzusunda məruzələr, çıxışlar səsləndirilib.
İclası giriş nitqi ilə açan Rayon Ağsaqqallar Şurasının sədri Sənan Mustafayev, Ağstafa RİH başçısının müavini Lalə Eyyubova, Əməkdar müəllim İndıra Səmədova, Şuranın İdarə Heyətinin üzvü Məmməd Məmmədov, Ağstafa Rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Turan Hüseynov Ulu Öndərin şərəfli və zəngin həyat yolundan, dövlətçiliyə xidmətlərindən və Azərbaycan naminə göstərdiyi fədakar fəaliyyətindən geniş bəhs ediblər. Qeyd olunub ki, Ümumimilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin hər iki dövründə xalqımız, dövlətimiz və dövlətçiliyimiz üçün əvəzsiz xidmətlərini, onun daxili və xarici siyasətini bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev böyük uğurla davam etdirir. Tədbirdə Məmməd Məmmədov Ulu Öndərə həsr etdiyi şeirini səsləndirib.
Sənan Mustafayev öz çıxışında, həmçinin, Azərbaycan Ağsaqqallar Şurasının 23 aprel tarixində Bakı şəhərində keçirilən IX Qurultayında müzakirə olunan məsələlər, eləcə də Milli Məclisin deputatı, professor Eldar Quliyevin yenidən 5 il müddətinə Azərbaycan Ağsaqqallar Şurasına sədr seçilməsi, yeni İdarə Heyətinin tərkibi, Nizamnamədə edilən dəyşikliklər barədə ətraflı məlumat verib. Ağstafa Rayon Ağsaqqallar Şurasının üzvləri adından yenidən Şuranın sədr seçilməsi münasibətilə Eldar Quliyevi təbrik edib.
Sonra Rayon Ağsaqqallar Şurası İdarə Heyətinin üzvləri Cəmaləddin Rzayev və Nəsib Hacıyevin sədrin müavinləri seçilməsi məsələsi səsə qoyulub və yekdilliklə qəbul olunub. İclasda Nakir Quliyev, Talış Tağıyev və İlham Məmmədov isə Təftiş komissiyasının üzvləri seçiliblər.
Sonda yığıncaq iştirakçıları xatirə şəkli çəkdiriblər.








