May ayının 7-də Şəki Rayon Ağsaqqallar Şurası Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə rayon ağsaqqallarının, şəhid ailələrinin üzvlərinin, müharibə və əmək veteranlarının, eləcə də ictimaiyyətin digər nümayəndələrinin iştirakı ilə iclas keçirib.
İclasda əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbiri giriş sözü ilə açan Şəki Rayon Ağsaqqallar Şurasının sədri, müharibə veteranı Vaqif Əhmədov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, misilsiz xidmətlərindən bəhs edib. Bildirib ki, müasir dünyada mənsub olduğu xalqın tarixi ilə Ulu Öndər Heydər Əliyev qədər ardıcıl, məhsuldar və səriştəli bir şəkildə məşğul olan şəxsiyyətləri çox az tapmaq olar. Onun uzun zaman peşakarlıqla rəhbərlik edib möhkəmləndirdiyi dövlətin və xalqın tarixi haqqında fikirləri heç vaxt elmi dəyərini, fəlsəfi mahiyyətini itirməyəcək. Natiq Azərbaycan xalqının hər il olduğu kimi bu il də 10 may tarixini – Ulu Öndər Heydər Əliyevin doğum gününü dərin hörmət və ehtiramla qeyd etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Vaqif Əhmədov çıxışına davam edərək bildirib ki, Ümummilli Liderimizlə bağlı tarixi günlərin, adətən, dünyanın hər yerində qeyd olunması, müxtəlif xalqların təmsilçilərinin onun haqqında dəyərli fikirlər söyləməsi çox maraqlı məqamdır. Yalnız böyük tarixi şəxsiyyətlər hər yerdə maraq və ehtiram doğururlar. Ulu Öndərin geniş anılma coğrafiyası onun məhz bu kateqoriyaya aid olduğunu təsdiqləyir. Azərbaycanı inkişaf etdirən, ona beynalxalq aləmdə nüfuz qazandıran Heydər Əliyev siyasəti bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və və bu siyasət xoşbəxt gələcəyimizin təminatıdır.
Tədbirdə çıxış edən natiqlərdən əməkdar müəllimlər Bəşarət Yusifov və Ruhangiz Abdullayeva, Marif Mustafayev, eləcə də Tural Niftalıyev və Şəki Rayon Ağsaqqallar Şurasının üzvü İsmayıl Əliyev müstəqil Azərbaycanımızın memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin 1969-1982 və 1993-2003-cü illərdəki böyük və əvəzsız xidmətlərinin danılmaz olduğunu dilə gətiriblər.








