Xızı rayonunun ağsaqqalları 8 may 2026-cı il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə təşkil olunan konsert proqramında iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları tərəfindən Ulu Öndərin Xızı şəhərində ucaldılmış abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Müşfiq Məmmədli, Rayon Ağsaqqallar Şurasının sədri Fərrux Haqverdiyev, Yeni Azərbaycan Partiyası Xızı Rayon Təşkilatının sədri Ayaz Quliyev, ağsaqqallar, ziyalılar, gənclər, eləcə də də Xızı Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyasının fəal üzvləri və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
Konsert proqramında vətənpərvərlik ruhunda musiqilər səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi misilsiz xidmətlərdən bəhs olunub.






