Xəbərlər

Bərdə Rayon Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş VII “Kitab Günü” bayramı keçirilib

Bərdə Rayon Ağsaqqallar Şurası tərəfindən növbəti dəfə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Ümummilli Liderin adını daşıyan mərkəzi parkda VII “Kitab Günü” bayramı keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

Sonra Ümummilli Lider Heydər Əliyevin və xalqımızın azadlığı, dövlətimizin suverenliyi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Bərdə Rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov və digər natiqlər Ümummilli Lider Heydər Əliyevin zəngin və mənalı həyatından, Azərbaycan xalqının bu günü və xoşbəxt gələcəyi naminə misilsiz xidmətlərindən, kitaba verdiyi yüksək dəyərdən bəhs ediblər. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin elm və təhsil sahəsinə göstərdiyi qayğıdan söz açıblar. Həmçinin bilik mənbəyi olan kitabın əhəmiyyətindən danışıblar, yeniyetmə və gəncləri mütaliə etməyə çağırıblar. Daha sonra musiqi sədaları altında davam edən tədbirdə vətənpərvərlik ruhunda mahnılar ifa edilib.

Rayon ağsaqqallarının, ziyalıların, şəhid valideynlərinin, qazilərin, idarə və müəssisə əməkdaşlarının, gənclərin, müəllim və şagirdlərin, eləcə də digər ictimaiyyət nümayəndələrinin iştirak etdiyi kitab sərgisində müxtəlif sahələri əhatə edən, o cümlədən Ulu Öndər Heydər Əliyevdən bəhs edən 5000 nüsxədən çox nəşr nümayiş olunub və tədbir iştirakçılarına hədiyyə edilib.

Bərdə Rayon Ağsaqqallar Şurası tərəfindən rayon ictimaiyyətinin marağına səbəb olan və böyük razılıqla qarşılanan “Kitab Günü” bayramının keçirilməsində əsas məqsəd Ümummilli Lider Heydər Əliyevin zəngin irsini, onun dövlətçilik ideyalarını gənc nəslə aşılamaq və kitab mədəniyyətini təbliğ etməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.