Xəbərlər

Sumqayıt Şəhər Ağsaqqallar Şurasının İdarə Heyətinin iclası keçirilib

30 iyun 2026-cı il tarixində Sumqayıt Şəhər Ağsaqqallar Şurasının binasında Şuranın yeni seçilmiş sədri Eldar İsmayılovun iştirakı ilə təşkilatın İdarə Heyətinin növbəti iclası keçirilib.

İclasda Şəhər Ağsaqqallar Şurasının sədri, sədr müavinləri və İdarə Heyətinin üzvləri iştirak ediblər. Tədbirdə təşkilati məsələlərə baxılıb, Şuranın qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri müzakirə olunub, görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda, təşkilatın şəhərin ictimai həyatında rolunun daha da gücləndirilməsi, gənc nəslin milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyəsi, vətənpərvərlik ənənələrinin təbliği, eləcə də Şuranın tədbirlər planı və digər cari məsələlər geniş müzakirə edilib.

İclasın sonunda gündəlikdə duran məsələlər üzrə müvafiq qərarlar qəbul olunub, qarşıda duran vəzifələrin icrası ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.