Göyçay Rayon İcra Hakimiyyətinin inzibati binasında Rayon Ağsaqqallar Şurasının üzvü Atəş Salahovon 85 illik yubileyi ilə əlaqədar toplantı keçirilib.
Tədbiri giriş sözü ilə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov açaraq Atəş müəllimi 85 illik yubileyi münasibətilə təbrik edib, ona uzun ömür və möhkəm cansağlığı arzulayıb. Natiq rayonun dəyərli ağsaqqalı kimi Atəş Salahovun səmərəli fəaliyyətindən razılığını bildirib və məsuliyyəti, işgüzarlığı ilə gənclərə nümunə olduğunu qeyd edib.
Milli Məclisin deputatı Sabir Hacıyev də Atəş müəllimi uzun illərdir tanıdığını, onun fəal şəxs kimi rayonun bütün ictimai tədbirlərində yaxından iştirak etdiyini bildirib və yubilyarı təbrik edərək ona ən səmimi arzularını çatdırıb.
Göyçay Rayon Ağsaqqallar Şurasının sədri Nazir Əhmədov da Atəş Salahov haqqında xoş sözlər söyləyib. Qeyd edib ki, rayonun sayılıb-seçilən ziyalısı, müdrik ağsaqqalı Atəş müəllim 50 ildən çoxdur ki, müxtəlif məsul vəzifələrdə çalışıb, daim möhtərəm Prezidentimiz cənab İlham Əliyevin siyasi kursuna sadiqlik nümayiş etdirib və rayon ictimaiyyəti arasında böyük nüfuz qazanıb.
Sonra Atəş Salahov Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən rayonun ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif edilib.
Göyçay Rayon Ağsaqqallar Şurasının 85 yaşlı üzvü Atəş Salahov ona göstərilən diqqət və qayğıya görə hər kəsə öz təşəkkürünü bildirib.



