İyul ayının 24-də Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə yubilyarla yanaşı, Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, sədr müavinləri – millət vəkili, professor Eldar İbrahimov, millət vəkili Ağalar Vəliyev, Tahir Süleymanov, Bayram Yusifov, akademik Abel Məhərrəmov, İdarə Heyətinin üzvləri – AMEA-nın prezidenti. akademik İsa Həbibbəyli, akademik Ziyad Səmədzadə, akademik Arif Həşimov, millət vəkilləri Səttar Mehbalıyev və Heydər Əsədov, professor Aqiyə Naxçıvanlı, Həsən Zeynalov, Əsabil Qasımov, Akif Rəfiyev, Milix Yevdayev, eləcə də Şuranın Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, məsləhətçi Zahid Abbasov və başqaları iştirak ediblər.
Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov tədbir iştirakçılarını salamlayaraq Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin zəngin həyatından və səmərəli fəaliyyətindən ətraflı bəhs edib. Vurğulayıb ki, Eldar Quliyev çoxşaxəli fəaliyyəti ilə dövlət quruculuğu, qanunvericilik sahəsi, iqtisadi fikir tariximiz və ictimai həyatımızın müxtəlif istiqamətlərində silinməz izlər qoymuşdur. O, Milli Məclisin deputatı kimi seçicilərinin etimadını daim doğrultmuş, iqtisadçı alim kimi elmin inkişafına dəyərli töhfələr vermiş, Azərbaycan Ağsaqqallar Şurasının sədri olaraq isə milli-mənəvi dəyərlərimizin qorunması, ağsaqqallıq institutunun nüfuzunun daha da möhkəmləndirilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində yorulmaz fəaliyyət göstərmişdir. Natiq bildirib ki, Eldar müəllimin uzaqgörənliyi, müdrikliyi, təmkini, insanlara qayğıkeş münasibəti və yüksək təşkilatçılıq bacarığı Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyətində əldə olunan uğurların əsas amillərindəndir. Hər zaman ağsaqqal sözünün ucalığını, milli birlik və həmrəylik ideyalarını əməli fəaliyyətinizlə təsdiq etməyi onu cəmiyyətimizin örnək simalarından biri kimi səciyyələndirir.
Sonra Əhliman Əmiraslanov Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin ölkəmizin ictimai-siyasi, mədəni həyatında və Şuraya uğurlu rəhbərliyi, səmərəli fəaliyyəti ilə xalqımıza, Vətənimizə göstərdiyi dəyərli xidmətlərə görə və 75 illik yubileyi münasibətilə “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif edildiyini vurğulayaraq ona döş nişanını və hədiyyələri təqdim edib, yubilyara möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Digər tədbir iştirakçıları da yubilyarla bağlı səmimi fikirlərini, xoş arzularını bölüşüblər. Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevi 75 illik yubileyi və “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif olunmağı münasibətilə ürəkdən təbrik edərək, ona daim sağlam həyat, cəmiyyətimiz üçün nümunə olan ömür yolunda və gələcək işlərində yeni-yeni nailiyyətlər diləyiblər. Tədbirdə, həmçinin, Eldar Quliyev Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının “Yusif Məmmədəliyev” döş nişanı ilə də təltif edilib.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev xoş sözlərə və gözəl arzulara görə öz təşəkkürünü bildirib, fəaliyyətini yüksək dəyərləndirən hər kəsə dərin minnətdarlığını ifadə edib və ona göstərilən bu diqqəti yüksək qiymətləndirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu rəhbərliyi ilə gündən-günə inkişaf edən ölkəmizin tərəqqisi üçün bundan sonra da əlindən gələni əsirgəməyəcəyini, fəaliyyət göstərdiyi hər bir sahədə Vətənimizin daha da çiçəklənməsi naminə var qüvvəsi ilə çalışacağını vurğulayıb.
Sonda xatirə şəkli çəkilib.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 24-07-2026
- [17:52]
- []
24
İyl















