Xəbərlər

Ağdaş Rayon Ağsaqqallar Şurasının üzvləri Qarabağa səfər etmişlər

Ağdaş Rayon Ağsaqqallar Şurasının üzvlərinin bir qrupunun 29 avqust 2026-cı il tarixində Qarabağ torpağına səfəri təşkil olunub.

Səfər zamanı nümayəndə heyəti Qarabağın tacı Şuşa şəhərində Cıdır düzü seyrəngahını gəzmiş, füsunkarlığı və cazibədarlığı ilə insanları valeh edən İsa bulağını, qədim tarixə malik Gövhər ağa məscidini ziyarət etmişlər. İncəsənət inciləri olan sənətkarlarımızın şərəfinə ucaldılmış xatirə büstlərini, o cümlədən, dövlət xadimi və şair M. P. Vaqifin və M. M. Nəvvab ağanın məqbərəsi önündə dualar oxumuşlar. Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhər nümayəndəliyinə baxış keçirmiş, şəhərin görkəmli yerlərini seyr etmişlər.

Eyni zamanda, Ağdaş Rayon Ağsaqqallar Şurasının üzvləri Xankəndi şəhərində də olmuş, 44 günlük Vətən müharibəsinin simvolu olan Zəfər abidəsinə tamaşa etmişlər. Həmçinin Şura üzvləri Qarabağ Universitetində olmuş, şəhərin gözəl yerlərində gəzintiyə çıxmışlar.

Ağsaqqalların şərəfinə ziyafət stolu təşkil edilmiş, xatirə fotoları çəkilmişdir.

Ağdaş Rayon Ağsaqqallar Şurası bu cür səfərləri və əhəmiyyətli tədbirləri gələcəkdə də davam etdirəcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.