Xəbərlər

Şabran Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin iclası keçirilib

Sentyabr ayının 14-də Şabran Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib.

Rayonun “Ağsaqqallar evi”ndə baş tutan iclasda Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Şabran Rayon Ağsaqqallar Şurasının sədri Adıgözəl Əliyev iclası giriş nitqi ilə açaraq ağsaqqalları salamlayıb. Təşkilatın son dövrdəki fəaliyyəti barədə məlumat verib, tədbirlər planına əsasən görüləcək işlərdən, qarşıda duran vəzifələrdən söz açıb. Bildirib ki, növbəti aylar ərzində Rayon Ağsaqqallar Şurası öz fəaliyyətini daha artıraraq xüsusilə gənclərlə aparılan maarifləndirmə işlərini aktiv və geniş şəkildə həyata keçirməlidir.

Səmərəli müzakirələr şəraitində keçən iclasda Şabran Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağaşirin Bağırzadə, İdarə Heyətinin üzvləri B.Şükürov, Ə.Əzizov, A.Qasımov, S.Məcidova, İ.Musayev, Z.Zeynalov, A.İsayeva və E.Süleymanov da çıxış edərək təşkilatın fəaliyyətinin daha da təkmilləşdirilməsi baxımından öz təkliflərini veriblər, qarşıda duran məsələlərlə bağlı fikirlərini söyləyiblər. Həmçinin qərara alınıb ki, 15 sentyabr – Bilik günündə ağsaqqallar ümumtəhsil məktəblərində keçiriləcək İlk zəng tədbirlərində yaxından iştirak etsinlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.