Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Anım Günündə Zəfər parkını ziyarət ediblər

Sentyabrın 27-də Anım Günü ilə əlaqədar Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, mətbuat katibi Rafiq Rzayev, eləcə də Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov, Abşeron Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Məhərrəm İbadov, İçərişəhər Ağsaqqallar Şurasının sədri Əliheydər Dadaşov, Səbail Rayon Ağsaqqallar Şurasının sədri Baba Bayramlı, Sabunşu Rayon Ağsaqqallar Şurasının sədri Vəli Qaraçaylı, Qaradağ Rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov, Suraxanı Rayon Ağsaqqallar Şurasının sədr müavini Hicran Şərifov, Xəzər Rayon Ağsaqqallar Şurasının sədr müavini Balaəli Əliyev, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədr müavini Nizami Hüseynov, Yasamal Rayon Rayon Ağsaqqallar Şurasının sədr müavini Cumar İsayev, İdarə Heyətinin üzvü Vaqif Məmmədov və başqaları Bakı şəhərində Zəfər parkının ərazisində ucaldılmış 8 Noyabr – Zəfər abidəsini ziyarət ediblər.

Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Vətən müharibəsində qəhrəmancasına döyüşmüş və ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əbədiyaşar şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edərək, abidənin önünə gül dəstələri düzüblər.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı gün – 27 sentyabr Anım Günü kimi qeyd edilir. Anım Günündə Azərbaycan xalqı və bütün dünya azərbaycanlıları Vətənimiz bütövlüyü və suverenliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.