Xəbərlər

Xəzər rayonunun ağsaqqalları Anım gününə həsr olunmuş ağacəkmə aksiyasında iştirak ediblər

Xəzər rayonunun ağsaqqalları Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq keçirilən ağacəkmə aksiyasında iştirak ediblər.

Xəzər rayonu, Qala qəsəbəsi, Qala-Pirallahı avtomobil yolunun sağ hissəsində baş tutan aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Soltan Məmmədov, Xəzər Rayon Ağsaqqallar Şurasının sədr müavini Balaəli Əliyev, ağsaqqallar, ziyalılar, şəhid ailələrinin üzvləri, qazilər və müharibə iştirakçıları, gənclər, idarə  və müəssisə rəhbərləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Aksiyada Vətən müharibəsi şəhidlərinin xatirəsinə müxtəlif növ ağaclar əkilib və aqrotexniki qulluq göstərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.