Xəbərlər

Xaçmazda ağsaqqallar Ümumdünya Şəhərlər Günü münasibətilə keçirilən tədbirdə iştirak ediblər

Xaçmazda ağsaqqallar “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 31 oktyabr – Ümumdünya Şəhərlər Günü münasibətilə keçirilən tədbirdə iştirak ediblər.

Tədbirin iştirakçıları əvvəlcə məktəblilərin “Şəhərsalma və Memarlıq İli”nə, eləcə də Ümumdünya Şəhərlər Gününə həsr etdikləri rəsm əsərlərindən və əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nürəddinova çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi memarlıq strategiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və ölkəmizdə milli memarlıq üslubunun qorunması istiqamətində mühüm işlər görülür. Qeyd edib ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir.

Xaçmaz Rayon Ağsaqqallar Şurasının sədri Məhərrəm Abasov, Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Pakizə Mehdiyeva və digər çıxış edənlər tədbirin əhəmiyyətini yüksək qiymətləndirərək Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən irimiqyaslı bərpa və quruculuq layihələrindən danışıblar. Natiqlər ölkəmizdə, o cümlədən Xaçmaz rayonunda görülən abadlıq və quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər.

Tədbirin sonunda iştirakçılar “Heydər Əliyev və Azərbaycan memarlıq ənənələri” adlı filmə baxıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.