Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının üzvləri 8 Noyabr – Zəfər Günündə Zəfər parkını ziyarət ediblər

Noyabrın 8-də Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, İdarə Heyətinin üzvü, professor İbrahim Quliyev, Xətai Rayon Ağsaqqallar Şurasının sədri, Vətən müharibəsi şəhidi mayor Rüfət Əsgərovun atası Mürvət Əsgərov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev və məsul əməkdaşı Hüseyn Heydərli, eləcə də Xətai Rayon Ağsaqqallar Şurasının sədr müavini Nizami Hüseynov və başqaları Bakı şəhərində Zəfər parkının ərazisində ucaldılmış 8 Noyabr – Zəfər abidəsini ziyarət ediblər.

Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Vətən müharibəsində qəhrəmancasına döyüşmüş və ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş ölməz şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edərək, abidənin önünə gül dəstələri düzüblər.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 2020-ci il dekabrın 3-də Azərbaycanda Zəfər Gününün təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb. Xalqımızın qüdrətinin və milli qürurunun təntənəsinə çevrilən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.