Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanan iclasda Abşeron Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Məhərrəm İbadov çıxış edərək tədbir iştirakçılarını salamlayıb. Vurğulayıb ki, sıralarında elm, adamlarını, ziyalıları, nüfuzlu ağsaqqalları və ictimai-siyasi xadimləri birləşdirən Azərbaycan Ağsaqqallar Şurası, eləcə də Şuranın Abşeron rayon təşkilatı Ümummilli Liderimiz Heydər Əliyevin layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini daim dəstəkləyir, cəmiyyətimiz arasında təbliğ və təşviq edirlər. Natiq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfərindən bəhs edərək bildirib ki, bu səfər ölkəmizin gündən-günə artan nüfuzunu və siyasət meydanında gücünü bir daha bütün dünyaya sübut etdi. Həmçinin Azərbaycan-ABŞ münasibətlərini strateji tərəfdaşlıq mərhələsinə yüksəltməklə yanaşı, Ermənistan-Azərbaycan sülh gündəliyinin konkret nəticələr verməsinə də ciddi təkan oldu. Məhərrəm İbadov bu uğurlu səfərə həsr olunmuş Azərbaycan Ağsaqqallar Şurası İdarə Heyətinin “Qalib Liderimizin diplomatik zəfəri regionda sülhün, sabitliyin zəmanətidir” mövzusunda iclasından da söz açıb. Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin sədrliyi ilə keçirilən iclasda qəbul olunmuş Bəyanat haqqında Abşeron ağsaqqallarına məlumat verib. Vurğulayıb ki, biz Abşeron Rayon Ağsaqqallar Şurasının üzvləri olaraq bu Bəyanatı dəstəkləyirik və hər zaman dövlətimizin, Prezidentimizin yanındayıq.
İclasda çıxış edən digər natiqlər də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu Vaşinqton səfərini, eləcə də dövlət başçımızın rəhbərliyi ilə ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunu və sülhün təmin olunması istiqamətində qazanılmış nailiyyətləri yüksək qiymətləndiriblər. Möhtərəm Prezidentimizin ətraflnda daha sıx birləşərək onun həyata keçirdiyi sülh və inkişaf siyasətinə daim dəstək olacaqlarını vurğulayıblar.
Abşeron Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin iclası keçirilib
- 16-09-2025
- [16:54]
- [ ]

16
Sen