İyul ayının 23-də Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, nufuzlu millət vəkili, vətənpərvər ictimai-siyasi xadim, dəyərli ziyalı Ağalar Vəliyevin 68 yaşı tamam olur.
Uzun illərdir ki, Ağalar Vəliyev dövlətçilik prinsiplərinə sədaqəti, xalqımızın rifahı naminə davamlı fəaliyyəti, xüsusilə ölkəmizin inşaat-tikinti sektorunun inkişafındakı böyük əməyi, eləcə də milli-mənəvi dəyərlərimizin qorunması istiqamətindəki xidmətləri ilə cəmiyyətimizdə yüksək nüfuz qazanmışdır. Vətənimizin ağır və taleyüklü dönəmlərində sərgilədiyi sabit dövlətçilik mövqeyi, vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərimizə söykənən davranışı çoxsaylı həmvətənlərimiz üçün bir nümunədir.
Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini hər zaman dəstəkləyən bir millət vəkili kimi onun əzmkar fəaliyyəti, təşəbbüskarlığı, ictimaiyyətlə sıx təması və vətəndaşların problemlərinə həssas münasibəti cəmiyyətdə daim yüksək qiymətləndirilmişdir. Eyni zamanda, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini olaraq gənc nəslin milli ruhda tərbiyəsi, ağsaqqallıq ənənələrinin yaşadılması və inkişafı istiqamətində apardığı məqsədyönlü işlər, xeyirxah əməlləri diqqətəlayiqdir. Ağalar Vəliyevin zəngin həyat yolu, ictimai-siyasi və parlament fəaliyyəti yalnız bugünün deyil, gələcək nəsillərin də örnək götürə biləcəyi dəyərlərlə zəngindir. Həm peşəkar fəaliyyəti, həm də şəxsi keyfiyyətləri ilə o, hər zaman həmkarlarının və xalqımızın dərin rəğbətini qazanmışdır. Ağalar Vəliyevin xidmətləri dövlətimiz tərəfindən yüksək dəyərləndirilmiş, o, “Əməkdar mühəndis” fəxri adına, “Şöhrət” və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenlərinə layiq görülmüş, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” və “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalları ilə təltif olunmuşdur.
Bu əlamətdar gündə Ağalar Vəliyevi – Azərbaycanın tanınmış ictimai-siyasi xadimini, nüfuzlu ziyalısını, Vətənə sədaqəti və dəyərli xidmətləri ilə seçilən millət vəkilini şərəfli ömrünün 68-ci ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti, gənc nəslin və bütün xalqımızın rifahı naminə həyata keçirdiyi çoxşaxəli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!
Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar Quliyev