Xəbərlər

Ağsu Rayon Ağsaqqallar Şurasının təşəbbüsü ilə “Ailə dəyərlərinin qorunması” mövzusunda tədbir keçirilib

Ağsu Rayon Ağsaqqallar Şurasının təşəbbüsü ilə “Ailə dəyərlərinin qorunması” mövzusunda tədbir keçirilib. Tədbirdə Ağsu Rayon Ağsaqqallar Şurasının sədri, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sadri Vaqif Nəzərov, Ağsu Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Umud Cavid, YAP Ağsu rayon təşkilatının sədr müavini Altun Şeydayev, Rayon Ağsaqqallar Şurasının sədr müavini Xanlar Hüseynov, məktəbin direktoru Şərqiyyə Həsənova, eləcə də ağsaqqallar, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Şəhid Polad Mirzəyev adına Ağsu şəhər 5 nömrəli tam orta məktəbdə baş tutan tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müasir dövrün ən aktual məsələlərindən birinə həsr olunan tədbirdə digər natiqlərlə yanaşı, Vaqif Nəzərov da çıxış edərək Azərbaycan xalqının özünəməxsus və çox önəmli milli-mənəvi dəyəri olan ailə institutunun cəmiyyətimizin inkişafındakı əhəmiyyətli rolundan bəhs edib. Bildirib ki, hər bir vətəndaşımız, o cümlədən valideynlər, müəllimlər, ziyalılar, eləcə də ağsaqqallar üçün ailə dəyərlərinin qorunması, ailə institutunun hərtərəfli inkişafı və möhkəmləndirilməsi, cəmiyyətdə rolunun yüksəldilməsi bu günün ən vacib məsələlərindən biridir. Natiq son zamanlarda boşanmalarının sayının daha da artdığını diqqətə çıatdıraraq vurğulayıb ki, mütəmadi olaraq əhali, xüsusilə yeniyetmə və gənclər arasında ailə dəyərlərinin və ənənələrinin təbliği, bu sahədə maarifləndirmə işlərinin genişləndirilməsi istiqamətində tədbirlər keçirilməlidir. O, həmçinin, gənclərə müraciət edərək insanın şəxsiyyət kimi formalaşmasında, özünütəsdiq etməsində ailənin əvəzsiz rolundan söz açıb, onların ailə həyatına hazırlığı və ailə məsuliyyətinin formalaşdırılmasının əhəmiyyəti barədə danışıb. Bildirib ki, ağsaqqallar, ziyalılar, eləcə də nümunəvi ailələrin üzvləri hər zaman, hər yerdə öz həyat təcrübələrini gənclərlə bölüşərək, ailədə düzgün davranış qaydaları və digər vacib məqamlar barədə gənclərə lazımi məsləhətlər, tövsiyələr verməlidirlər.

Maarifləndirici və səmimi şəraitdə keçən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.