Ağsu Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Nəzərov və İdarə Heyətinin üzvləri Hacıuşağı kənd orta məktəbində, eləcə də rayonun 1 saylı məktəb-liseyində və 3 saylı tam orta məktəbdə “Bilik Günü” ilə əlaqədar təşkil olunmuş tədbirlərdə iştirak ediblər.
Tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və doğma torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Bilik Günü” ilə əlaqədar təşkil olunmuş tədbirlərdə digər natiqlərlə yanaşı, Ağsu Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Nəzərov da çıxış edərək yeni başlayan dərs ilində şagirdləri və müəllim kollektivini təbrik edib, onlara və ilk dəfə məktəbə qədəm qoyan birincilərə uğurlar arzulayıb. Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu milli təhsil strategiyasının hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb və təhsilin inkişafı istiqamətində görülən işlərin müsbət nəticələrindən bəhs edib. Vaqif Nəzərov məktəblilərə nizam-intizamlı olmağı, dərslərini yaxşı oxumağı tövsiyə edərək, onlara xalqa, Vətənə layiqli övlad olmalarını arzulayıb.
Ağsu Rayon Ağsaqqallar Şurasının sədr müavini Çingiz Pənahov və İdarə Heyətinin üzvü Çingiz Mustafayev də öz çıxışlarında işıqlı sabahlara ilk addımını atan bütün balaca şagirdləri və onlara yol göstərən dəyərli müəllimləri “Bilik Günü” münasibətilə təbrik edərək hər birinə uğurlar diləyiblər.
Tədbirdə çıxış edən digər natiqlər də məktəblilərin sevincinə şərik olaraq onlarla bağlı arzularını bölüşüblər. “İlk zəng” səsləndirildikdən sonra Ağsu Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Nəzərov və İdarə Heyətinin üzvləri məktəblərdə birinci sinif şagirdləri üçün yaradılmış şəraitlə tanış olublar və balaca məktəblilərlə xatirə şəkli çəkdiriblər.
Ağsu Rayon Ağsaqqallar Şurasının üzvləri “Bilik Günü” ilə əlaqədar təşkil olunmuş tədbirlərdə iştirak ediblər
- 16-09-2025
- [16:25]
- [ ]

16
Sen