Xəbərlər

Ağsu Rayon Ağsaqqallar Şurasının üzvləri “Mənə işıq göstər” layihəsi çərçivəsində keçirilən görüşdə iştirak ediblər

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Üçüncü Bahar” İctimai Birliyi tərəfindən icra edilən “Mənə işıq göstər” layihəsi çərçivəsində əhali ilə keçirilməsi nəzərdə tutulan ilk görüş Ağsu rayonunda baş tutub.

Ağsu Rayon Ağsaqqallar Şurasının üzvlərinin də iştirak etdiyi tədbirdə  Şuranın sədri Vaqif Nəzərov, eləcə layihə çərçivəsində təlim almış yaşlı təlimçilər,  çıxış edərək erkən nikahların tibbi, psixoloji və sosial fəsadları barədə  yerli icma üzvləri ilə maarifləndirici müzakirələr ediblər. Xüsusilə təhsil müəssisələrində bu mövzuda mütəmadi olaraq görüşlərin keçirilməsini və tərbiyəvi, maarifləndirici söhbətlərin aparılmasının zəruri olduğunu vurğulayıblar. Görüşdə, həmçinin iştirakçılarla açıq dialoq qurularaq, stereotiplər və ənənəvi yanaşmaların bu mövzudakı təsiri ətrafında fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, yaşlı nəslin yolgöstərən roluna əsaslanan bu model gənc nəslin rifahı və sağlam gələcəyi üçün cəmiyyət daxilində atılmış önəmli addımdır. Ağsu rayonunda baş tutan görüş həmin modelə uyğun olaraq icmanın bütün təbəqələrindən olan nümayəndələrin iştirakı ilə səmərəli şəkildə həyata keçirilib.

Görüşün təşkilində göstərdiyi dəstəyə görə Ağsu Rayon İcra Hakimiyyətinə təşəkkür edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.