Fevral ayının 9-da Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli və digər əməkdaşlar Şuranın adından qardaş ölkədə çoxsaylı insan tələfatı ilə nəticələnən dəhşətli zəlzələ ilə bağlı Türkiyənin Bakıdakı səfirliyinin önündə yaradılmış guşənin qarşısına əklil qoyaraq, zəlzələ zamanı həlak olanların xatirəsini ehtiramla yad ediblər. Ramin Həsənli qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ xəbərinin hamı kimi Azərbaycan Ağsaqqallar Şurasının üzvləri tərəfindən də dərin kədər hissi ilə qarşılandığını qeyd edərək, bir daha təşkilat adından zəlzələdə həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa, bütün türk dünyasına səbr diləyib. Qeyd edək ki, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin təşəbbüsü ilə Şura Heydər Əliyev Fondu tərəfindən təşkil edilən yardım kampaniyasına qoşularaq, Türkiyədə dağıdıcı zəlzələdən zərərçəkənlərə yataq dəstləri, isti geyimlər və digər zəruri əşyalarala yardım edib.
Azərbaycan Ağsaqqallar Şurası adından Türkiyə səfirliyinin önünə əklil qoyulub
- 09-02-2023
- [17:15]
- [ ]
09
Fev