Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi ad günü münasibətilə təbrik edib

Dekabr ayının 24-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 61 yaşı tamam olur. Bu münasibətlə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Şuranın çoxsaylı üzvləri adından cənab Prezidenti təbrik edib:

 

Möhtərəm cənab Prezident!
Azərbaycan Ağsaqqallar Şurasının çoxminli üzvləri adından Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağılığı arzulayırıq!
Siz Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin davamçısı olaraq ölkəmizin hərtərəfli inkişafı, dünya dövlətləri arasında nüfuzunun yüksəlməsi üçün gördüyünüz xidmətlərlə xalqın sevimlisinə çevrilmiş, dünya liderləri sırasında layiqli yer tutmusunuz. İnkişafın “Azərbaycan modeli”nin memarı olaraq əhalinin rifah halının dinamik olaraq yüksəlməsini, uzun illər boyu ölkədə ictimai-siyasi sabitliyin bərqərar olmasını təmin etmisiniz.
Ölkəmizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, ordu quruculuğunun gücləndirilməsi istiqamətində həyata keçirdiyiniz müdrik və məqsədyönlü siyasət sayəsində qısa zaman kəsiyində regionun ən qüdrətli ordusunu yaratmağa nail oldunuz. Məhz qurucusu olduğunuz həmin müzəffər Ordu Silahlı Qüvvələrin Ali Baş Komandanı olaraq Sizin bilavasitə rəhbərliyiniz altında 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan xalqının 30 illik torpaq həsrətinə son qoyaraq, eyni zamanda Ulu Öndərimizin vəsiyyətini yerinə yetirərək Qarabağı, onun döyünən ürəyi müqəddəs Şuşa şəhərimizi düşməndən azad etdi. Ölkəmizin ərazi bütövlüyünü bərpa etməyiniz Azərbaycanın şanlı tarixinə Sizin adınızı qızıl hərflərlə həkk etdirdi.
Beynəlxalq hüququn və insan haqlarının təməl prinsiplərinin qorunmasına, mövcüd “ikili standartlar” və ədalətsizliklərə qarşı yönələn müdrik xarici siyasətinizlə Siz yalnız Azərbaycan xalqının deyil, bütövlükdə dünya azərbaycanlılarının ümid yeri olduğunuzu isbat etmisiniz.
Əziz və çox hörmətli Prezidentimiz!
Sizi ad gününüzlə yanaşı, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edir, sağlam və uzun ömür, nəvə-nəticəli ailə səadəti, xalqımızın rifahı naminə gördüyünüz işlərdə ən böyük uğurlar arzulayırıq!

Dərin hörmət və səmimiyyətlə,
Azərbaycan Ağsaqqallar Şurasının
çoxminli üzvləri adından Şuranın sədri,
millət vəkili, professor                                                                                          Eldar Quliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.