Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasından Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətilə təbrik

Azərbaycan Ağsaqqallar Şurasının çoxminli üzvləri adından Cənubi Qafqazın ən güclü siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının Sədri, möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla təşkilatın bütün üzvlərini Partiyanın yaranmasının 30 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, təşkilata gələcək fəaliyyətində uğurlar arzulayırıq!
Yeni Azərbaycan Partiyasının yaranması ötən əsrin 90-cı illərinin əvvəlində ölkəmizdə mövcud olan siyasi, iqtisadi və hərbi vəziyyətin müstəqilliyimizi şübhə altına aldığı bir şəraitdə baş vermişdir. Həmin vaxt çoxlu sayda siyasi partiya, ictimai təşkilat və hərəkat mövcud olsa da, onlar xalqı səfərbər edəcək qədər sosial bazaya malik deyildilər. Ölkənin idarə olunmasında baş verən xaos və özbaşınalıq vəziyyəti daha da dərinləşdirirdi. Belə bir vaxtda müstəqilliyimizin qorunub saxlanmasını təmin etmək üçün xalqın inanıb etimad göstərəcəyi bir lideri olan partiyanın yaranması zərurətə çevrilmişdi. Bu lider dünya şöhrətli tanınmış siyasi xadim, dahi şəxsiyyət Ulu Öndər Heydər Əlirza oğlu Əliyev idi və onun başçılığı ilə yaranan partiya Yeni Azərbaycan Partiyası oldu. Bu partiya yarandığı ilk gündən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətini və xalqını üzləşdiyi ağır böhrandan xilas etmək missiyasını böyük uğurla həyata keçirməyə başladı.
Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yüksək rifah və tərəqqi yolunun partiyanın Sədri, dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi, uzaqgörən daxili və xarici siyasət sayəsində artıq respublikamız ərazi bütövlüyünü təmin edərək dinamik inkişaf edən bir ölkəyə çevrilmişdir. Bu gün xalqımız fəxr edir ki, ölkəmizdə sabitliyi bərqərar edən, hüquqi, demokratik, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinə layiqli töhfələr verən, real siyasi qüvvə kimi Azərbaycanın həyatında aparıcı rol oynayan, dünyanın iqtidar partiyaları arasında böyük nüfuz sahibi olan belə bir güclü partiyası vardır.
Bir daha respublika ağsaqqalları adından Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətlə təşkilatın hər bir üzvünü və bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, partiyaya dövlətimizin və xalqımızın xoşbəxt gələcəyi naminə şərəfli və məsuliyyətli fəaliyyətində yeni-yeni nailiyyətlər diləyirik!

Dərin hörmət və səmimiyyətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar Quliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.