Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakına görə bir sıra şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili, professor Eldar İbrahimov da təltif olunanlar sırasındadır.
Bu münasibətlə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyəti Eldar İbrahimovu təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb!