Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin Milli Dirçəliş Günü münasibətilə ağsaqqallara təbriki

Hörmətli Ağsaqqallar!

Sizi xalqımızın milli-azadlıq hərəkatının başlanğıc günü kimi qeyd olunan 17 noyabr – Milli Dirçəliş Günü münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və dəyərli fəaliyyətinizdə uğurlar arzulayırıq!

Bu bayram günündə milli dövlətçiliyimizin dirçəlişi naminə böyük işlər həyata keçirən ümummilli liderimiz Heydər Əliyevi dərin ehtiramla anaraq, Onun sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması barədə qərarın çıxarılmasını və onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatətin qaldırılmasını, sovet imperiyasının hələ mövcud olduğu bir dövrdə Naxçıvanın adından “sovet”,  “sosialist” sözlərinin çıxarılmasını və dahi rəhbərimizin müstəqilliyimizin qazanılması və möhkəmləndirilməsi yolundakı saysız-hesabsız dəyərli tarixi addımlarını fəxrlə  xatırlayırıq.

Artıq iki ildir ki, digər bayramlar kimi Milli Dirçəliş Gününü də ölkəmizin ərazi bütövlüyü şəraitində qürurla qeyd edirik. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun azad etdiyi topaqlarımızda hazırda böyük quruculuq işləri gedir, üçrəngli  şanlı bayrağımızın dalğalandığı Qarabağımız, Zəngəzurumuz dirçəlir.

Hörmətli Ağsaqqallar!

Bir daha hər birinizi Milli Dirçəliş Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, xalqımıza daim sülh, əmin-amanlıq, həmrəylik və nailiyyətlər diləyirik! Allah Azərbaycanımızı və xalqımızı qorusun!

 

 

    Hörmətlə,

   Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin

   üzvləri adından Şuranın sədri,

   millət vəkili, professor                                                                Eldar Quliyev

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.